Rusiya Fövqəladə Hallar Nazirliyinin 90 maşından ibarət karvanı Ukrayna ərazisinə daxil olub. ANS PRESS-in məlumatına görə, Rusiya tərəfi bildirir ki, onlar Luqanska 1,8 min ton "humanitar yardım" çatdırıblar. Yardımlar əsasən ərzaq, dərman, tikinti materalı və dərsliklərdən ibarətdir.
Ukrayna tərəfi belə karvanların ölkə ərazisindəki Rusiyameylli separatçılara konkret nə gətirdiyini deyə bilmir.
Belə ki, yardımlar Ukraynanın nəzarət etmədiyi bölgələrdən ölkəyə daxil olur və bununla da Ukrayna sərhədçilərinin həmin yükləri yoxlamaq imkanı olmur.
Mənbə: ANS PRESS