Əgər separatçılar formal olaraq atəşkəsi pozsa, Rusiya Minsk razılaşmasının pozulmasına görə məsuliyyət daşıyacaq.Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransanın xarici işlər naziri Loran Fabius jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, Minsk razılaşması düzgünlüklə yerinə yetirilsə, Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq.“Əgər vəziyyət yaxşılaşsa, sanksiyalar azaldılacaq. Amma Rusiya və separatçılar Minsk razılaşmasının tələblərini yerinə yetirməsə yeni sanksiyalar olacaq”, - Fabius deyib.
Mənbə: Milli.Az