Qadin.NET / Ölən insanların Facebook hesabına çarə tapıldı

Ölən insanların Facebook hesabına çarə tapıldı

 

 

Vəfat etmiş insanların Facebook hesablarının axırı necə olacaq? Uzun müddətdir hamını düşündürən bu məsələnin, nəhayət ki, çarəsi tapılıb

Axsam.az xarici KİV-ə istinadən xəbər verir ki, Facebook sosial şəbəkəsinə əlavə olunmuş yeni funksiya istifadəçilərə öz hesablarını istədikləri şəxsə “vəsiyyət etmək” imkanı yaradır. 1 milyard 300 milyondan çox aktiv istifadəçisi olan sosial şəbəkənin hər gün yüz minlərlə üzvü vəfat edir. Boş qalan və heç kim tərəfindən istifadə edilməyən hesabların silinməsi, dondurulması, yaxud kimsə tərəfindən nəzarət edilməsini təmin etmək məqsədi ilə sosial şəbəkəyə belə bir funksiya əlavə edilib.

“Varis” vəfat etmiş şəxsin hesabına daxil olduqdan sonra şəxsi mesajları oxuya bilməyəcək, paylaşımlar edə bilməyəcək. Sadəcə, hesabı nəzarətdə saxlayacaq və istədiyi təqdirdə silə biləcək.
Qeyd edək ki, bu funksiya hazırda ABŞ-da istifadəyə verilib, digər ölkələrdə isə nə zaman aktiv olacağı bilinmir.
Mənbə:Milli.Az
15 fevral 2015
GO BACK