Qadin.NET / Qadın gözəlliyini yerlə bir edən 10 SƏHV

Qadın gözəlliyini yerlə bir edən 10 SƏHV

 

 

Makiyajda ən xırda səhv ilk tanışlıq və ya iş görüş zamanı qadın haqda yanlış təsəvvür yarada bilər. 
Milli.Az Rusiya mətbuatına istinadən ən çox yayılan 10 kosmetik səhvi təqdim edir. 
Ətirdən "duş"
Qadından gələn xoş rayihə kişini ona yaxınlaşmağa vadar etməlidir. Ancaq əksər vaxt tərsinə olur: ətirlə "çimən" qızlar nəinki kişiləri, ətrafda olan hər kəsi özlərindən uzaqlaşdırırlar. Sizin ətrin iyini duymamanız hələ onun çox olmadığı anlamına gəlmir. 
Əsas 
Makiyaj əsası və ya tonal krem üzün təbii rəngini imitasiya etməli və daha hamar görüntü yaratmalıdır. Əgər tonal kreminiz çox diqqət cəlb edirsə, deməli, ondan düzgün istifadə etmirsiniz. 
Bu yöndə ən çox rast gəlinən səhvlər - tonal kremin həddən artıq çox vurulması, düzgün seçilməyən rəng və onun sifətə yayılma texnikasının pozulmasıdır. 
Parlayan göz qapaqları
Göz qapaqları üçün parlayan kölgələr qatlanacaqlarda, göz ətrafındakı mimik qırışlarda toplanır? O zaman mat rəngli kölgələrə keçin. 
Yadda saxlayın, əgər parlayan kölgələrdən istifadə edərək qırışları "sərgiyə" qoyacaqsınızsa, o qırışları azaldan bahalı kremlərdən istifadənin də bir anlamı yoxdur. 

"Zibilli kirpiklər"
Uzun və sıx kirpiklər gözlərə diqqəti artırır. 
Amma qat-qat tuş çəkərək kirpiklərdə lopaların yaranmasına yol aça bilərsiniz. Bu isə xarici görünüşünüzü xoşagələn etmir. Tuşun istifadə vaxtına da diqqət yetirin. Çünki vaxtı keçmiş tuş quruyaraq gözlərin altına tökülür və çirkin görüntü yaradır. 
"Tikanlı" dəri
Bir faktdır ki, heç bir kişinin tüklü ayağa toxunmaq, yaxud təmizlənməmiş qoltuğu görmək xoşuna gəlmir. 
Əgər ayaqlarınız "Çəkil!" deyib haray çəkirsə, bahalı kosmetikaya pul verib üzünüzü bəzəməyin. Dəyməz! 
Quruluq 
Qaralıb çatlamış dirsək və dabanlar haqqınızda xəstə təəssüratı yaradır. "Yalnız üz dərisini nəmləndirmək lazımdır" fikri kökündən yanlışdır. 
Bütün bədəninizin dərisini nəmləndirməyə çalışın, o zaman açıq dabanlı səndəllər və dekolte geyimlər geyərkən utanmazsınız. 
Ağız qoxusu
Ən gözəl, qüsursuz xarici görünüşü ağız qoxusu və saralmış dişlər yerlə bir edir. Əgər dişinizdə yemək artıqları da qalıbsa, lap dəhşətdir. 
Dişləriniz saralmağa başlayıbsa, stomatoloq yanına getməyə tələsin. Bəlkə, ciddi xəstəliyiniz var? 
Eybəcər dodaq 
Necə gəldi boya çəkilmiş dodaq da itələyici effekt yaradır. Düzgün seçilmiş rəng və boyanın teksturası dodağınızı gözəl edir. Amma unutmayın ki, vaxtaşırı boya ağızın kənarlarında yığışır, düzgün çəkdiyiniz kontur dağılır. Vaxtında makiyajı təzələməsəniz, partnyorunuz sizdən tez usanacaq.
"Quş yuvası"
Kişilərin xoşuna təbii görünən saç düzümləri gəlir. Odur ki, hündür, qabaritli, çoxlu lak və gel vurulmuş saç düzümlərinə aludə olmayın. 
Çiliklənən xəyallar 
Adamların çox olduğu yerdə kosmetik prosedurlar aparmayın. Kişilər belə bir fikir xoşuna gəlir ki, qadın təbiətən gözəldir. Siz onun yanında daraq çıxarıb saçınızı darasanız, yaxud dodağınızdakı boyanı yeniləsəniz, onun bu illüziyasını dağıtmış olursunuz. Üzərinə "Qadınlar üçün" lövhəsi vurulan yer elə çox vaxt bunun üçün nəzərdə tutulur. 

 

Mənbə: Milli.Az

14 fevral 2015
GO BACK