Qadin.NET / "Vur, komandir, vur!"

"Vur, komandir, vur!"

 

 

"KANAL S" (Region TV) xəbər verir ki, noyabrın 12-də qoşunların təmas xəttinin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş helikopterini vuran Azərbaycan hərbçisi İlkin Muradovla Ağdamda görüş keçirilib. 
Cəsur döyüşçü və onun silahdaşları əvvəlcə Ağdam rayonunun Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra hərbçilər Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən fotolövhələri seyr edib, onun haqqında çoxsaylı tarixi hadisələr haqqında çıxışları dinləyiblər.  Ziyarətdən sonra əsgər heyət Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüb. Qəhrəman Azərbaycan əsgərləri ilə rayonun bir neçə orta məktəbində də görüşlər keçirilib. Şagirdlər ön cəbhədə xidmət edən əsgərləri qəhrəmanıq və vətənpərvərlik mövzularında hazırladıqları ədəbi-bədii kompozisiyalarla salamlayıblar. 

 

Mənbə: Milli.Az

14 fevral 2015
GO BACK