Qadin.NET / Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq

Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq

Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq
20 yaşı təzə tamam olan çinli Jenq Yuşan 7 yaşlı qız kimi görünür. ANS PRESS-in məlumatına görə, bu qızın 7 yaşı olanda onda hipofiz (orqanizmin böyüməsinə və inkişafına təsir göstərən daxili sekresiya vəzisi) şişi aşkarlanıb. Bu da hormon çatışmazlığına səbəb olub və qızın orqanizminin inkişafı dayanıb.
Oksford endokrinoloq universitetinin professoru Eşli Qrossman deyir ki, hipofiz şişi olduqca nadir hadisədir, lakin onun üzündən insan həqiqətən də böyüməyə bilər. “Bəziləri deyir ki, bu insanlar başqalarından fərqli olaraq çox yaşayırlar, amma bu hələ sübuta yetirilməyib" - deyə professor qeyd edib.
Eşli Qrossmanın sözlərinə görə, Jenq müalicə olunmasa heç vaxt böyüməyəcək və bütün ömrü boyu balaca qız qalacaq. Problem ondadır ki, Çində hipofizin müalicəsini pasiyentlər özləri ödəyirlər, buna da çoxlarının gücü çatmır. 
Jenqin valideynləri də müalicə xərclərini ödəyə bilməyiblər. Sonra isə boşanıblar və qız isə atası ilə qalıb. Tezliklə də onda xərçəng aşkarlanıb. Xəstəlik üzündən işləyə bilməyən ata Jenqlə birlikdə Çinin müxtəlif şəhərlərində dilənçilik etməklə dolanıblar. Belə həyat tərzi keçirdiyindən qız məktəbə gedə bilməyib. 2013-ci ildə Jenqin atası ölür və o, tək qalır. 
Acından ölməmək üçün uşaq xarici görünüşündən istifadə edərək dilənçiliyi davam etdirir. Jenqə rəhmi gələn bir cütlük onu qızlığa götürür. Qız indi yeni valideynlərinin hesabına müalicə alır, amma yenə də 7-8 yaşlı uşaq kimi görünür. Bununla belə, onun ağlı-dününcəsi 5-6 yaşında uşaqlardakı kimidir. 
Jenq yeni valideynlərinə çox bağlanıb və məktəbə getməyi çox istəyir. Çox çətin ki, real yaşı ilə hansısa məktəb bu qızı birinci sinifə qəbul etsin...

Mənbə: ANS PRESS

14 fevral 2015
GO BACK