Amerikalı astronomlar kosmosla bağlı apardıqları araşdırmalarda bəzi mübahisəli məqamlara aydınlıq gətirməyə qərar verib.Milli.Az Axar.Az-a istinadən xəbər verir ki, SETİ institutunun bir qrup astronomu kosmosa siqnal göndərməyi planlaşdırır.
Alimlər fəzalarla rabitəyə keçməyin zamanının gəldiyini və görəcəkləri işin kosmosa radio siqnalın göndəriləcəyi olduğunu açıqlayıblar.
Məlumata görə, işin çətin tərəfi də var - kosmosa mesaj göndərmək bəşəriyyəti təhlükəyə ata bilər.
Qeyd edək ki, yad planetlilərə mesaj göndərmə planı həyata keçirilsə belə, xəbərləşmə 9 il vaxt apara bilər.
Xatırladaq ki, 30 ildən artıqdır ki, kosmosu izləyən institut yadplanetlilərlə bağlı hər hansı bir səsə rast gəlməyib.
Mənbə: Milli.Az