Qadin.NET / Polislərə xaricə getmək qadağan edildi

Polislərə xaricə getmək qadağan edildi

 

 

Rusiya Daxili İşlər Nazirliyi Moskvada çalışan polis əməkdaşlarına xaricə getməyi qadağan edib.Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
Bildirilir ki, bundan sonra paytaxtda çalışan polis əməkdaşları istirahətini öz ölkəsində keçirməlidir.
Rusiyanın polis rəsmiləri bunun "dövlət və xidmət sirrinin qorunması" ilə bağlı olduğunu bildirib.
"Daxili işlər orqanlarının əməkdaşları dövlət xidmətindədir və bu dövlətin, xidmətin gizli saxlanılması ehtiyacı ilə bağlı və sirrin qanunla qorunan müəyyən məhdudiyyətlər daxil olmaqla onlara xüsusi məsuliyyət qoyur. Bununla əlaqədar olaraq xaricə səfərə məhdudiyyət qoyulub", - deyə bildirilir.
Bir müddətdən sonra bunun bütün Rusiya polisi üçün tətbiq olunacağı gözlənilir.

Mənbə: Milli.Az

14 fevral 2015
GO BACK