Qadin.NET / 1090 at güclü kvant maşın

1090 at güclü kvant maşın

 

Lixtenşteynin NanoFlowcell AG şirkəti Quant-F elektrik sportkarının yenilənmiş versiyasını təqdim edib. Güc qurğusu kvant kimyası sahəsində tədqiqatların nəticələrinə əsaslanan yeni modelin ilk ictimai baxışı martda Cenevrə avtosalonunda olacaq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, hər təkər üzərində biri quraşdırılmış dörd ədəd elektrik mühərrikinin toplam hasilatı 1090 at gücünə bərabərdir. Bu göstərici yenilənmiş avtomobilin xələfinin imkanlarından 165 at gücü çoxdur. Superkarın maksimal sürəti saatda 300 kilometrdir.İlk NanoFlowcell Quant prototipi 2014-cü ildə yenə də Cenevrə avtosalonunda debüt etmişdi. Yayda isə maşın Avropa Birliyi ölkələrinin ümumi istifadə yollarında hərəkət etmək üçün sertifikat almışdı.

 

Mənbə: Milli.Az
14 fevral 2015
GO BACK