Qadin.NET / Həbsxanada şəhər

Həbsxanada şəhər

 

 

Pekindəki həbsxanaların birində minişəhər tikiblər.
Milli.Az bildirir ki, Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, həbsxanada 20 ildən çox vaxt keçirən məhbusların azadlığa çıxanda cəmiyyətə daha asan adaptasiya ola bilməsi üçün edilib.
Həbsxanada avtobus dayanacaqları, metrostansiyalar, banklar, supermarketlər və internet-kafelər tikilib.
Həbsxana rəsmisinin sözlərinə əsasən, məhbuslar çox vaxt azadlığa çıxdıqdan sonra çətinliklərlə qarşılaşırlar: "Biz onlara burada bank kartları, mobil telefonlar və kompüterdən istifadə etməyi öyrədirik".
Mənbə: Milli.Az
13 fevral 2015
GO BACK