“ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən formada güc tətbiqini pisləyir”.Milli.Az bildirir ki, APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ermənistandakı yeni səfiri Riçard Millz deyib. O bildirib ki, ABŞ Dağlıq Qarabağmünaqişəsinin nizamlanması prosesini tam dəstəkləyir: “Heç bir həll yollu zorakılıq və müharibəyə əsaslana bilməz, gərginlik və münaqişə ətrafındakı ritorika bizi dərin narahat edir. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunu dəstəkləyir və onun münaqişənin nizamlanmasındakı fəaliyyətini optimal hesab edir”.
Bununla yanaşı, R.Millz qeyd edib ki, Minsk Qrupu vasitəçidir və tərəflərdən birinə nəyisə təlqin edə bilməz: “ABŞ və Minsk Qrupu öhdəliklərin pozulmasına dəlalət edən istənilən zorakılıq halını pisləyir. ABŞ Ermənistanla da, Azərbaycanla da münasibətlər qurur, biz tərəfdaşlarımıza, dost ölkələrə dəqiq bildiririk ki, münaqişənin nizamlanması ancaq Minsk Qrupu çərçivəsində mümkündür”.
Mənbə: Milli.Az