""Azov" batalyonu ilə terrorçular arasında tank döyüşləri gedir. Hələlik itkilər barədə heç bir şey deyə bilmərik", - deyə bildirilir.
Qeyd edək ki, son aylar Ukraynanın şərqində Donnbas vilayətində qızğın döyüşlər gedir. Həm ordu, həm də rusiya yönümlü qüvvələri xeyli itki verir.
Bir neçə gün əvvəl Minskdə keçirilən görüşdə isə sülh əldə olunub. Rusiya prezienti Vladimir Putin bəyan edib ki, fevralın 15-dən bölgədə atəş dayandırılacaq.
Mənbə: ANS PRESS