Qadin.NET / Ermənistanda səfərbərlik

Ermənistanda səfərbərlik

 

Ermənistanda səfərbərlik

"Mənim fikrimcə bu məsələnin yeganə həll yolu ölkədə hakimiyyət dəyişikliyi və növbədənkənar prezident seçkilərinin keçirilməsidir". ANS PRESS-in məlumatına görə, bunu "Çiçəklənən Ermənistan" partiyasının lideri, oliqarx Qaqik Sarukyan bildirib. 
O, Ermənistan prezidenti Serj Sarkisyanın onu Təhlükəsilik Şurasından xaric etməsindən sonra xalqa müraciət edib. 
ANS PRESS müraciətin mətnini təqdim edir:
"Əziz xalqım, mübarizəyə hazır olun. Əgər küçələrə 3 min nəfər çıxırsa, bunlar (hakimiyyət-red) qanunları dəyişməlidirlər. Əgər küçələrə bütün xalq çıxırsa onda hakimiyyət dəyişikliyi olmalıdır. Mən Ermənistanı ümumilli səfərbərliyə çağırıram. Bizim bir məqsədimiz olmalıdır. Hamı fasiləsiz mitinqlərə, aksiyalara, yürüşlərə və sairəyə çağırıram. Bununla Sarkisyanın istefasına nail ola bilərik. Hakimiyyəti zalımdan təmizləyə bilərik. Onlar təcili olaraq hakimiyyətdən getməlidirlər. Biz tariximizin bu rüsvayçı səhifəsini qapatmalıyıq. Ermənistandakı bu pis atmosferi aradan qaldırmalıyıq. Bizim sözümüz əməlimizdədir. Mənim qarşıma qoyduğum ən ümdə vəzifə bu şəxsləri hakimiyyətdən devirməkdir. Hamımıza bu işdə qələbə arzu edirəm".

 

Mənbə: ANS PRESS

13 fevral 2015
GO BACK