"Mançester Yunayted"in kolumbiyalı ulduzu Radamel Falkaonun telefonu diqqət mərkəzinə düşüb.
ANS PRESS-in məlumatına görə, "Qırmızı Şeytanlar"dan həftədə təxminən 300 min avro qazanan futbolçu "iPhone"nu 24 əyar qızıldan hazırladıb.
Ulduz futbolçu telefonunun fotosunu Instagram-dan paylaşıb.
Falkaonun xüsusi olaraq istehsal olunan telefonu İsveç şirkəti "Golden Concept" tərəfindən hazırlanıb. Telefonun üzərindən futbolçunun ad və soyadının baş hərfləri əks olunub.Bu şirkət daha əvvəl də dünyada ilin futbolçusu mükafatını alan Kriştiano Ronaldoya və 2014 Dünya Kuboku finalında Almaniyanın qalibiyyət qolunu vuran Mario Götzeyə qızıldan telefon hazırlamışdı.
Mənbə: ANS PRESS