Bu ilin yanvar ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 21 sahibkar inzibati qaydada cərimələnib.Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər.
Hesabat müddətində 12 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 12 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 242, mikrobioloji göstəricilərinə görə 134, toksikoloji və radioloji göstəricilərinə görə 2 (hər bir göstərici üzrə 1) yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin heç birində normadan kənara çıxma müəyyən olunmayıb.
Bu ilin yanvar-iyun ayları əzində iaşə müəssisələrindən 451 yaxma nümunəsi götürülüb. Yaxma nümunələrinin 4-də bağırsaq çöpləri normadan artıq olub.
Mənbə: Milli.Az