Rusiya prezidenti Vladimir Putinin reytinqi rekord həddə çatıb. Rusiya vətəndaşlarının 74 faizi növbəti seçkilərdə də Putini seçəcəklərini bəyan ediblər. Milli.Az "Pravda"ya istinadən xəbər verir ki, "İctimai rəy" fondu rusiyalılar arasında sorğu keçirib. 31 yanvar - 1 fevral və 7-8 fevral tarixlərində keçirilən sorğular ölkə başçısı Vladimir Putinin reytinqinin 74% olduğunu göstərib. Putini dəstəkləyənlərin 44%-i ölkə "başçısına tamamilə etibar edirəm" cavabını verib. Sorğu Rusiyanın 64 regionunda 3 min respondent arasında keçirilib.
Mənbə: Milli.Az