Qadin.NET / Məktəblilərə daha bir "yük"

Məktəblilərə daha bir "yük"

 

 

Azərbaycanda təhsil müəssisələrində əlavə fiziki hazırlıq məşğələləri keçiriləcək.Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məşğələlər marş yürüşü, sıra təlimləri, turnikdə dartınmaq, ayaqların köməyi ilə kəndirlə dırmanmaq, qumbara atmaq, üzgüçülük və s. olacaq. Məşğələlərin keçirilməsində məqsəd təhsil alanların fiziki inkişafının, onların sağlamlığının məhkəmləndirilməsini, xüsusilə çağırışaqədər yaş həddində olanların fiziki hazırlıq səviyyəsini təmin etməkdir.
Bu məşğələlər müvafiq dövlət təhsil standartları əsasında hazırlanmış təhsil proqramları və normativlərə uyğun olaraq, yerli şərait və daxili imkanlar nəzərə alınmaqla təşkil olunacaq.

 

Mənbə: Milli.Az

13 fevral 2015
GO BACK