Qadin.NET / Serji Hitlerə bənzətdilər

Serji Hitlerə bənzətdilər

Serji Hitlerə bənzətdilər
Ermənistan prezidenti Serj Sarkisyanın “Çiçəklənən Ermənistan” partiyasından milli təhlükəsizlik şurasına üzv olan Qaqik Sarukyanın şuraya üzvlüyünün ləğv edilməsinə dair sərəncamı və onun haqqında dediyi neqativ sözlər ölkə mətbuatının gündəmini təşkil edib.ANS PRESS-in məlumatına görə, "Aravot" qəzeti yazır ki, "Çiçəklənən Ermənistan" partiyasının üzvü, deputat Tiqran Urixanyana Ermənistan prezidenti Serj Sarkisyanın partiyasının rəhbəri Qaqik Sarukyanı kəskin tənqid etməsinə haqqı çatmadığını söyləyib və prezidenti Hitlerə bənzədib.
O maraqlı müqayisə apararq deyib: "Kifayət qədər savadlı və intellektual insan olmasına baxmayaraq Hitler 40 milyon insan məhv etdi. Amma bizim ölkəmizdə yoxsulluğun səviyyəsi 40%-ə çatır, insanlar ərzaq və dərman yoxluğundan həlak olurlar. Hər şeydən əvvəl, özünü rəhmli göstərmək, insanlara mərhəmət, məsuliyyəti öz üzərinə götürmək lazımdır. Bürün bunlar üçün sağlam ürəyə, ruha malik olmaq lazımdır. Qalanlar isə ikinci dərəcəlidir. Təəssüf ki, bizim prezidentimizdə bu ürək, bu ruh yoxdur."
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan “Çiçəklənən Ermənistan” partiyasından milli təhlükəsizlik şurasına üzv olan Qaqik Sarukyanın şuraya üzvlüyünün ləğv edilməsinə dair sərəncam verib. Buna səbəb Sarukyanın şuranın iclaslarına çox nadir hallarda qatılması olub. O, 2013-2014-cü illərdə milli təhlükəsizlik şurasının 145 iclasından cəmi 4-nə qatılıb. O, eyni zamanda, vergidən yayınmaqda şübhəli bilinir.

Mənbə: ANS PRESS

13 fevral 2015
GO BACK