Qadin.NET / Dəhşətli rekord vurdu

Dəhşətli rekord vurdu

 

 

Tatarıstanın Naberejnıe Çelnı şəhərində yaşayan ekstremal Yevgeni İvanov dünyada ilk dəfə ən qorxulu atılışı gerçəkləşdirib.
Milli.Az bildirir ki, o, belinin dərisinə qarmaqlar keçirərək 62 metr yüksəklikdən aşağı atılıb.
4 dəmir qarmaq və həlqə ilə kanata bağlanmış Y.İvanov -10 dərəcə soyuğa rəğmən, rekordu gerçəkləşdirib.
"Aşağı düşəndə qarmaqlar dərimi 10 sm dartmışdı. Amma adrenalin çox olduğundan ağrıları hiss etmədim", - Y.İvanov deyib.
Mənbə: Milli.Az
13 fevral 2015
GO BACK