Qadin.NET / Milli Məclisdə beynəlxalq qurumlara etiraz edildi

Milli Məclisdə beynəlxalq qurumlara etiraz edildi

 

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında beynəlxalq təşkilatlar ikili standartlarda günahlandırılıb

Trend-in məlumatına görə, millət vəkili Qənirə Paşayeva çıxış edərək sərhədyanı bölgələrdə, həmçinin təmsilçisi olduğu Tovuz rayonunun Ermənistanla həmsərhəd kəndlərində ermənilər tərəfindən mülki vətəndaşların evlərinin atəşə tutulması, yandırılması, həmçinin bu günlərdə bir tovuzlu mülki vətəndaşın evinin içində yaralanmasına Bakıdakı beynəlxalq qurumların ofislərinin reaksiya verməməsinə etiraz edib.
Millət vəkili beynəlxalq qurumlara müraciət edib: “İmkan olanda gedin, görün Ermənistan hansı cinayətlərə əl atır, mülki vətəndaşlarıımıza qarşı necə insanlıqdan kənar hərəkətlər edirlər”.
Q.Paşayeva ön xəttdə yerləşən evlərin qarşısında istehkamların, həmçinin kəskin atışma dövründə gizlənmək üçün sığınacaqların tikilməsini təklif edib.

 

Mənbə: Milli.Az

13 fevral 2015
GO BACK