Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev vətəndaşlarla görüşəcək.ANS PRESS-in məlumatına görə, Fond sədri Sumqayıtda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbul 19 fevral tarixində, saat 11:00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında baş tutacaq. Elman Mehdiyev Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları ilə görüşəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
Mənbə: ANS PRESS