Qadin.NET / Rusiyanın qələbəsi: sanksiyalar ləğv olunur

Rusiyanın qələbəsi: sanksiyalar ləğv olunur

 

Ukrayna böhranının həlli istiqamətində önəmli Minsk razılaşmasının imzalanmasından sonra Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi gözlənilir.

 

Milli.Az axar.az-a istinadən bildirir ki, Avropa Birliyi (AB) ölkələri razılaşmanın əhəmiyyətli uğur olduğunu, ancaq sülhün tam təmin edilmədiyini açıqlayıb.
Litva prezidenti Dalya Qribauskayte əldə olunan razılıqdan sonra AB-nin fevral ayının sonunadək əlavə sanksiyaları ertələyəcəyini deyib.
Avropa Şurasının sədri Donald Task da görüşdən məmnun olub. O, Brüsseldə verdiyi açıqlamada sülh istiqamətində önəmli addım atıldığını, lakin təhlükənin tam sovuşmadığını bildirib.
Fransa Prezidenti Fransua Olland jurnalistlərin suallarını cavablandırarkən danışıqların davam edəcəyini qeyd edib.
Avropa Parlamentinin sədri Martin Şults Merkel və Ollandın səyi nəticəsində atəşkəsin imzalanmasını müsbət qarşıladıqlarını bildirərək bütün tərəfləri razılığa əməl etməyə çağırıb.
Finlandiya Baş naziri Aleksandr Stubb da bu xəbərdən sevinib. Baş nazirin sözlərinə görə, sülh üçün şanslar çoxalıb. O, Rusiyaya qarşı sanksiyaların hələlik gündəmdə olmadığını bildirib.
Mənbə: Milli.Az
13 fevral 2015
GO BACK