Ermənistan Azərbaycanın işğal etdiyi bir rayonunu azad etsəydi, Türkiyə bu ölkə ilə sərhədi aça bilərdi. Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə yaşayan dini azlıqların təmsilçiləri ilə görüşündə deyib. Bu barədə Trend Türkiyənin "Haberturk" qəzetinə istinadən məlumat verir.
Baş nazir qeyd edib ki, Yerevan-Ankara münasibətləri Türkiyədə yaşayan ermənilərə təsir etməməlidir.
Onun sözlərinə görə, Çanaqqala zəfərinin qeyd olunmasının 24 aprel tarixinə salınması heç bir siyasi anlam daşımır.
Mənbə: Milli.Az