Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
ANS PRESS-in məlumatına görə, son oyun günündə 3 qarşılaşma keçirilib.
Doğma divarlar arasında "Eskişehirspor"la qarşılaşan "Gənclərbirliyi" rəqibinə 3 cavabsız qolla yola salıb.
Superliqa təmsilçiləri "Qalatasaray" öz meydanında "Konyaspor"u sınağa çəkib. Görüşdə “Cim-Bom” 4:1 hesabı ilə qonaqları darmadağın edərək 1/4 finala yüksəlib.
Qeyd edək ki, “Manisaspor”, “Gənclərbirliyi” və “Qalatasaray”la yanaşı, 1/4 finalda “Sivasspor”, “Bursaspor”, “Mersin İdmanyurdu”, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” və “Fənərbaxça” da mübarizə aparacaq.
12 fevral
Türkiyə kuboku, 1/8 final
"Tuzlaspor" - "Manisaspor" - 1:3
Qollar: Barış, 49 (0:1), Subaşiç, 65 (0:2), Alaeddinoğlu, 69 (1:2), M.Yegin, 87 (1:3)
"Gənclərbirliyi" - "Eskişehirspor" - 3:0
Qollar: Landel, 24 (1:0), Stanku, 79 (2:0), Petroviç, 82 (3:0)
Qırmızı vərəqə: Kausic, 62 ("Eskişehispor"), Kaya, 77 ("Gənclərbirliyi")
"Qalatasaray" - "Konyaspor" - 4:1
Qollar: B.Yılmaz, 10 (1:0), Sneyder, 16 (2:0), Marika, 20 (2:1), Sneyder, 34 (3:1), O.Adin, 45 (4:1)
Mənbə: ANS PRESS