Qadin.NET / Yaş həddi artırıldı - 68

Yaş həddi artırıldı - 68

Yaş həddi artırıldı - 68
“Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilib.
ANS PRESS-in məlumatına görə, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır ki, hakimlər üçün müəyyən edilən 65 yaşınadək həddi artırılıb. 
Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaş müəyyən edilib.
Qanunda hakimlərin həvəsləndirilməsi üçün də müəyyən dəyişikliklər ediləcək. Belə ki, hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barədə aşağıdakı həvəsləndirmə tədbirləri görəcək:
Qiymətli hədiyyə ilə mükafatlandırmaq;
Fəxri fərman ilə təltif etmək;
Fəxri döş nişanı ilə təltif etmək;
Hakimin təltif olunmasına dair müvafiq icra hakimiyyəti orqanına təklif vermək.”.
Bu qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir.

Mənbə: ANS PRESS

12 fevral 2015
GO BACK