Qadin.NET / Azərbaycanlılar Ukraynada birinci oldu

Azərbaycanlılar Ukraynada birinci oldu

Azərbaycanlılar Ukraynada birinci oldu
Ukraynadakı Azərbaycan diaspor üzvləri növbəti dəfə idman sahəsində uğur qazanıblar. ANS PRESS-in məlumatına görə, Dnepropetrovsk Azərbaycanlılar Liqasının sədri Sərxoş İsmayılovun başçılıq etdiyi LAD klubu 6-cı dəfə futzal üzrə şəhər birinciliyinin çempionu olub. Qeyd edək ki, bu təşkilat Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna birləşmiş 17 müstəqil təşkilatdan biridir.
Azərbaycan simvolu daşıyan və azərbaycanlıya məxsus olan klubda milli futbolçumuzun olmamasını müvəqqəti hal hesab edərək, komandamıza yeni uğurlar arzulayırıq.
Qalib idmançıları Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov təbrik edib.

Mənbə: ANS PRESS

12 fevral 2015
GO BACK