Təhsil Nazirliyindən açıqlama
Təhsil Nazirliyi mətbuatda təhsillə bağlı yayılan məlumatlara münasibət bildirib.ANS PRESS-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, suallardan biri son illərdə məktəb məzunlarının nəticələri haqqında olub. Nazirlikdən verilən cavabda qeyd edilib ki, son 3 ildə buraxılış imtahanlarını TQDK keçirir. İmtahanların nəticələrinə əsasən, 2012-ci ildə 9-cu sinfi müvəffəqiyyətlə bitirən (müsbət qiymət almış) məzunların sayı 50,27 faiz, 2013-cü ildə 58,41 faiz, 2014-cü ildə 62,04 faiz olub. Bundan başqa bildirilib ki, 2012-ci ildə 11-ci sinfi müvəffəqiyyətlə bitirən məzunların sayı 68,9 faiz, 2013-cü ildə 72,14 faiz, 2014-cü ildə isə 74,11 faiz olub. "Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir".Başqa bir sualda qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal - “2”, 200 – 300 bal - “3”, 300 – 500 bal - “4”, 500 – 700 bal - “5”) uyğunlaşdırılması əmsalı haqqında olub. Nazirlik belə bir yanaşmanın elmi əsaslarının olmadığını deyib.Sonuncu sual qəbul imtahanlarının nəticələrinin proqnozlaşdırılması haqqında olub. Təhsil Nazirliyindən verilən cavabda bildirilib ki, yuxarı siniflərdə sınaq imtahanları nəticələrin proqnozlaşdırılmasında mənbə kimi çıxış edə bilər.Xatırladaq ki, TQDK sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimat mərasimindəki çıxışında təhsil səviyyəsinin aşağı olması, bəzi abituriyentlərin attestat qiymətlərini doğrulda bilməmələri haqqında açıqlama vermişdi.
Mənbə: ANS PRESS
12 fevral 2015
GO BACK