Qadin.NET / Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır

Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır

 

Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır. Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki mikrobloqunda qeyd edib. 
C.Uorlik yazıb: "Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyey ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdik. Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır".

Qeyd edək ki, Minsk qrupunun həmsədləri C.Uorlik (ABŞ), Pyer Andre (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Finlandiyada səfərdədirlər.
Həmsədrlər bu saatlarda Finlandiya XİN rəhbəri və dövlət katibi Piter Stenlandla görüşlər keçirirlər.
Həmsədrlər fevralın 15-də Azərbaycana, sonra isə Ermənistana səfər edəcəklər.
Mənbə: Milli.Az
13 fevral 2015
GO BACK