Qadin.NET / Prezident İlham Əliyev hərbi qulluqçulara "general-mayor" rütbəsi verib, medalla təltif etdi

Prezident İlham Əliyev hərbi qulluqçulara "general-mayor" rütbəsi verib, medalla təltif etdi

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

 

Trend xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları polkovnik Zaur Qasım oğlu Abdullayevə və polkovnikSəxavət İbrahim oğlu Salmanova “general-mayor” ali hərbi rütbəsi verilsin.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Sərəncamda deyilir ki, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:
Əhmədov Asəf Müzəffər oğlu – polkovnik
Əliyev Fikrət Əli Səftər oğlu – polkovnik
Şahverdiyev Mayıl Seminar oğlu – polkovnik
Babayev Azər Ələddin oğlu – polkovnik-leytenant
Baxşəliyev Ziyarəddin Ramazan oğlu – polkovnik-leytenant
Əliyev İlqar Əmiraslan oğlu – polkovnik-leytenant
Məmmədov Şaiq Bilman oğlu – polkovnik-leytenant
Rəhimov Novruz Məmməd oğlu – mayor
Mənbə: Milli.Az
12 fevral 2015
GO BACK