Qadin.NET / Kaxa Kaladzedən Bakıya VƏD

Kaxa Kaladzedən Bakıya VƏD

 

Kaxa Kaladze: "Gürcüstan "Cənub Qaz Dəhlizi" ilə bağlı istənilən problemi həll edəcək"

Bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasında, əsasən, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi müzakirə olunub. Bu barədə Trend-ə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.Nazir qeyd edib: "Eləcə də TANAP və TAP layihələri müzakirə olundu. Ümumilikdə, biz "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi zamanı yarana biləcək problemlərdən danışdıq. Öz növbəsində, Gürcüstan vəd etdi ki, ölkə ərazisində layihənin reallaşdırılması zamanı yaranacaq istənilən məsələni həll etməyə hazırdır".

 

Mənbə: Milli.Az

13 fevral 2015
GO BACK