Rusiya, Ukrayna, Almaniya və Fransa prezidentləri Minsk bəyannaməsinə imza atmayıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.Qeyd edək ki, Minskdə danışıqların yekunu üzrə fevralın 15-dən Ukraynanın şərqində atəşkəs haqqında razılıq əldə olunub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiya prezidentiVladimir Putin deyib.
Onun sözlərinə görə, təqribən 16 saat davam edən "Normandiya dördlüyü"nün görüşünün yekunları üzrə Minsk razılaşmalarının icrasına yönəldilmiş tədbirlər haqqında təmas qrupunun sənədi imzalanıb.
V.Putin qeyd edib ki, Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Debaltsevoda vəziyyətin qiymətləndirilməsi ilə bağlı hərbi ekspertlərə tapşırıq verilməsi ilə bağlı razılıq əldə edib.
Mənbə: Milli.Az