Qadin.NET / Prezidentlər danışırlar, silahlar isə susmur

Prezidentlər danışırlar, silahlar isə susmur

 

 

Minsk şəhərində "Normand dördlüyü" formatında danışıqların başa çatdığı bir vaxtda Ukraynadakı döyüş meydanlarından yeni xəbər gəldi. Mariupol şəhəri yaxınlığında ağıq döyüşlər gedir. Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Azov" batalyonu məlumat yayıb. Döyüşlər Şirokino-Saxanka istiqamətindədir. "Vəziyyət gərginləşir. Düşmən artileriya və tankların köməyi ilə əks-hücuma keçməyə çalışır. Əllərində olan bütün vasitələrdən - tank, minomyot, reaktiv artilleriyadan istifadə edirlər. Düşmənin piyadaları Şirokino yaxınlığında məhv edilib. Hücum bir qədər səngiyib. Düşmən böyük itkilər verib", - batalyonun sosial şəbəkədə yazdığı məlumatda deyilir. 

 

Mənbə: Milli.Az

12 fevral 2015
GO BACK