Qadin.NET / İdmançılarımız Avropa çempionatından 5 medal gətirdilər

İdmançılarımız Avropa çempionatından 5 medal gətirdilər

 

 

Avropa Taekvondo Birliyinin (ATB) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən G1 kateqoriyalı klublar arasında 3-cü Avropa çempionatı başa çatıb.
Milli.Az xəbər verir ki, 10 11- fevral tarıxlərində keçirilən çempionatda ölkəmizi DİN İC, Qəbələ TK, Gilan TK, Neftçi İSM, Sumqayıt və Fateh TK klubları təmsil edib. Çempionata qatılan taekvondoçular ümumilikdə 5 medal qazanmışlar. Mükafatçıların adlarını təqdim edirik:
Yeniyetmələr arasında qızlardan Minayə Əkbərova (-33 kq) bürünc medal, Gilan TK,
Gənclər arasında qızlardan Jalə Əsədli (-68 kq) bürünc medal, DİN İC,
Gənclər arasında oğlanlardan Şamil Şirinzadə (-45 kq) bürünc medal, Gilan TK,
Gənclər arasında oğlanlardan İlham Əliyev (-45 kq) bürünc medal, Sumqayıt,
Gənclər arasında oğlanlardan Əli Məmmədov (-51 kq) bürünc medal, DİN İC.
Mənbə: Milli.Az
12 fevral 2015
GO BACK