Qadin.NET / Kənd toyuğu bahalaşdı

Kənd toyuğu bahalaşdı

 

 

Regional TV (Region TV) xəbər verir ki, Xaçmaz bazarında kəndlərdə bəslənən toyuqlara təlabat artıb. Bunun əsas səbəbi son günlər toyuq fabriklərinin birində çəkilən videogörüntülərdir.
Bu görüntülər əhali arasında bu qidaya qarşı olan soyuq münasibəti daha da kəskinləşdirib. Kənd toyuqlarının qiymətində hazırda 1 manat artım müşahidə olunur. 
Mütəxəssislər bildirirlər ki, kəndlərdə təbii yolla yetişdirilən toyuqlar minimum 16 həftəyə əmələ gəlir. Broyler fabriklərində isə böyümə prosesi cəmi üç həftəyə baş verir. Bunda isə insan sağlamlığı üçün təhlükəli olan kimyəvi qatqılı məhsulların böyük rolu var. Otla, təbii qidalarla bəslənən toyuqlar isə dadlı-tamlı olur. Hətta broyler müəssisəsindən alınıb həyətdə təbii otla böyüyən toyuğun da dadı və görünüşü fərqlənir. Bəzən işbazlar tərəfindən broyler toyuqları kəsilməmiş halda kənd toyuğu adı ilə satılır. Lakin bazarda satışla məşğul olan toyuq alverçiləri bunu elə ilk baxışdan ayırd edə bilirlər. 
Bəzi broyler fabrikləri toyuqları təbii yolla əmələ gətirdiyini iddia etsə də mütəxəssislər bunun 3-4 həftə ərzində kimyəvi dərmanlardan istifadə etmədən mümkün olmadığını bildirirlər. 
Alıcıların sağlamlıqları naminə məhsul alarkən bir sıra məqamlara diqqət etməlidirlər. Son günlər broyler toyuqlarının alıcılıq qabilliyyətinin zəifləməsinin digər səbəbi də mal ətinin ucuzlaşmasıdır.

 

Mənbə: Milli.AZ

12 fevral 2015
GO BACK