Yerli inəklərlə müqayisədə Almaniyadan və Ukraynadan idxal olunmuş cins mal-qaranın məhsuldarlığında böyük fərq var. TTV (Region TV) xəbər verir ki, 3 ildir təsərrüatında, əsasən, yeni cins mal-qara saxlayan fermer Elmar Namazov məhsuldarlığı belə müqayisə edir. Cins mal-qaranın yemlənməsi də fərqlidir, daha doğrusu bir qədər çətindir. Belə ki, bu növ inəklərin qidasında vitaminlərlə zəngin yaşıl yem üstünlük təşkil etməlidir. Heyvanların artıq yerli iqlimə uyğunlaşdığını deyən fermerlər gələcəkdə mal-qaranı yaylağa aparmaq fikrindədilər.
Mənbə: Milli.Az