Bu gün Şəki mərkəzi kitabxanasında Bəxtiyar Vahabzadənin anım gününə həsr olunmuş tədbir keçirilib. "Kanal S" ( Region TV) xəbər verir ki, tədbirdə Şəki şəhər İcra Hakimiyətinin nümayəndələri, mədəniyyət şöbəsinin əməkdaşları da iştitrak ediblər. Çıxış edənlər Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında geniş məlumat verib, onun Azərbaycan poeziyasındakı rolundan danışıblar. Bildirilib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edib.
Qeyd edək ki, bu il yanvar ayında Prezident İlham Əliyev xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Mənbə: Milli.Az