Qadin.NET / Türkiyədən İŞİD-ə zərbə

Türkiyədən İŞİD-ə zərbə

 

 

İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 14 nəfər saxlanılıb.Milli.Az Anspress-ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada bildirilib ki, terrorçulara qoşulmaq istəyənlər sərhəddə yaxalanıblar. Onlardan biri Türkiyə vətəndaşıdır. Əməliyyat fevralın 9-da Qaziantəpin Oğuzeli Mahalının Sazgın məhəlləsində keçirilib. Saxlanılan şəxslərin ifadələri prokurorluqda alınıb. 
İfadəsi alınan türk sərbəst buraxılıb. 13 əcnəbi şəxs isə Türkiyədən çıxarılacaq. Baş Qərargahdan verilən açıqlamada, həmçinin bildirilir ki, İzmirin Qərbi Dilek Yarımadasında, Yunanıstana məxsusu C-130 təyyarəsi fevralın 10-da 2 dəqiqə müddətində Türkiyə sərhədini pozub.

 

Mənbə: Milli.Az

12 fevral 2015
GO BACK