Araciət edərək, onları bu gün keçiriləcək görüşün imkanlarından maksimum yararlanmağa, Minsk razılaşmasının icrası haqqında razılıq əldə olunmasına çağırıb.
Anspressvropa İttifaqının (Aİ) xarici işlər naziri Federika Moqerini "Norman formatı"nda Minsk danışıqlarında iştirak edəcək tərəflərə mü-in "İnterfaks"a istinadla verdiyi məlumata görə, Avropa Parlamentinin plenar sessiyasında Ukraynada vəziyyətə dair müzakirələrin gedişatında deputatlara müraciət edərək deyib: "Bu, böhrandan çıxış yolu axtarmaq üçün yeganə üsuldur. Düşünürəm ki, biz buradan bu siqnalı göndərə bilərik."
O vurğulayıb ki, fevralın 9-da Avropa İttifaqının Şura iclasında Aİ-nin nazirləri eyni müraciətlə çıxış etdilər və söylədilər ki, bu şansı qaçırtmağa imkan vermək olmaz".
Xatırladaq ki, bu gün Minskdə Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin "Norman formatı"nda görüşü gözlənilir.
Minskdə dünən Ukraynanın şərqindəki münaqişənin tənzimlənməsi üzrə üçtərəfli əlaqə qrupunun iclası başa çatıb. Görüşdə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, ATƏT-in xüsusi nümayəndəsi Heidi Taqliavini, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, habelə Donetsk və Luqansk separatçılarının nümayəndələri Denis Puşilin, Vladislav Deyneqo, Moskva meylli “Ukrainski vıbor” İctimai Təşkilatının lideri Viktor Medvedçuk iştirak ediblər.
Danışıqlardan sonra heç bir rəsmi bəyanat verilməsə də, qarşıduran tərəflərin ağır texnikasının cəbhə xəttindən geri çəkilməsi, atəşkəs rejimi və onun monitorinqi barədə razılaşma əldə edilib. Lakin bu “cəbhə xəttinin” indi haradan keçəcəyi barədə heç bir məlumat yoxdur.
Mənbə:Milli.Az