Su-24 döyüş bombardmançısı çərşənbə günü Rusiyanın Volqoqrad vilayətində qəzaya uğradıqdan sonra partlayıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə güc strukturlarındakı mənbə məlumat verib.
Agentliyin müsahibi bildirib: "Təyyarə Volqoqrad yaxınlığında “Marinovka” aerodromuna yaxın ərazidə yerə düşdükdən sonra tamamilə dağılıb və yararsız vəziyyətə düşüb.
Bundan əvvəl verilən məlumatda deyilirdi: "Təyyarə Volqoqrad yaxınlığında “Marinovka” aerodromuna yaxın ərazidə qəzaya düşüb. Göyərtədə iki ekipaj üzvü olub, onların taleyi naməlumdur”.
Mənbə:Milli.Az