Qadin.NET / ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi yardım göstərəcək?

ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi yardım göstərəcək?

 

ABŞ Konqresində Ukraynaya 2017-ci ilə qədər 1 milyard dollar həcmində hərbi yardım göstərmək barədə qanun layihəsi hazırlanıb
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Mek Tornberri və konqresmen Adam Smit tərəfindən hazırlanan layihədə Ukraynaya müdafiə xarakterli letal (öldürücü) silahlar, tank əleyhinə sistemlər, raket təhlükəsini müəyyənləşdirən radarlar və hərbi təlim dəstəyi verilməsi nəzərdə tutulur.
A. Smit bildirib ki, Rusiya “soyuq müharibə” dövrünə geri qayıdır və iqtisadi sanksiyalar prezident Putinin planlarını dəyişməyib. 
Mənbə:Milli.Az
11 fevral 2015
GO BACK