Qadin.NET / Türkiyədə qar yağdı, məktəblər bağlandı

Türkiyədə qar yağdı, məktəblər bağlandı

Türkiyədə güclü qar yağıb.

Anspress-in məlumatına görə, Türkiyədə yağan intensiv qar ölkəni təsiri altına almağa başlayıb. Güclü qar yağıntısı səbəbilə Ankara və İstanbul şəhər idarəsi tərəfindən məktəblərdə tətil olacağını elan edib.
İstanbul şəhər idarəsindən verilən açıqlamada İstanbulu ağuşuna alan qarın bu gün günorta saatlarına qədər yağacağı, xüsusən də şəhərdə boğaz tərəflərdə və Anadolu tərəfdə daha çox yağıntı müşahidə olunacağı bildirilir.
Bir günlük tətil təkcə məktəblərə deyil, eyni zamanda fiziki qüsuru olan, hamilə və səhhətində nasazlıq yaranan şəxslərə də şamil edilib.
Ölkənin Ərdahan, Bitlis, Ağrı, Bingöl, Ərzurum, Muş, Uşaq və Qars vilayətlərində də məktəblərin tətil elan etdiyi deyilir. Buna ən çox sevinən isə uşaqlar olub. 

Mənbə:Milli.Az

11 fevral 2015
GO BACK