Qadin.NET / WhatsApp "sındırıldı"

WhatsApp "sındırıldı"

 

Dünyanın ən populyar messencer proqramı olan WhatsApp-ın proqramlardışma kodunda konstruktiv çatışmazlıqlar və xətalar aşkarlanıb. Proqramdakı "dəlik" nəticəsində hakerlər istənilən istifadəçi barədə konfidensial məlumatları asanlıqla əldə edə bilərlər. 
Milli.Az hollandiyalı proqramçı Maykel Zverinkin bloquna istinadən bildirir ki, WhatsApp istifadəçisinin privatlıq sazlamalarını asanlıqla "sındırmağa" imkan verən bu nöqsandan yararlanan haker bu şəxsin nə zaman onlayn və ya offlayn olduğunu, onun yazışmalarını, yolladığı və ya aldığı fotoları, videoları, səsli mesajları və s. informasiyanı, habelə onun kontakt siyahısında olan şəxslərin adlarını və telefon nömrələrini asanlıqla əldə edə bilər.

Eyni zamanda, haker WhatsApp istifadəçisinin statusunu da sürəkli izləyə bilər.
Holland proqramçı Maykel Zveerink bu problemləri aşkarlayandan sonra texniki qüsurları aradan qaldırmaq üçün xüsusi proqram hazırladığını, həmin proqramı WhatsApp-ın texniki servisinə yolladığını vurğulayıb.
"Bu xətalar nəticəsində Whatsapp istifadəçisi statusu və a profilini gizlətməyə çalışsa da, heç nə alınan deyil: haker onun internetdə olduğu vaxtları asanlıqla aşkarlaya bilər. Beləcə, tanımadığınız şəxs sizin privatlıq, konfidensiallıq sazlamalarınızı sadə gedişlə sındıraraq haqqınızda bütün məlumatları əldə edir", - M.Zveerink bloqunda yazıb.
Mənbə:Milli.Az
11 fevral 2015
GO BACK