Qadin.NET / HTC Desire 626 satışa çıxarıldı

HTC Desire 626 satışa çıxarıldı

 

HTC şirkəti orta səviyyəli yeni smartfonunu nümayiş etdirib. Aşağı satış qiyməti və qabaqcıl rəqəmli kameralar bu smartfonun əsas özəlliyidir. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni model 5 düymlük HD formatlı ekran, 1.2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 410 prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz olunub. İstifadəçilər əlavə rəqəmli məzmunu çıxarılıb taxılan microSD daşıyıcılarında yadda saxlaya bilər. 
Əsas kamera 13 meqapiksellik BSI təsvir ötürücüsünə və 1920x 1080 piksel təsvir ölçüsündə video çəkilişi funksiyasına malikdir. 5 meqapiksellik ön kamera videoçarx çəkə bilər. 
Aparat LTE, Wi-Fi 802.11n, Bluetooth 4.0 və GPS simsiz rabitə modullarına malikdir. Akkumulyatorun tutumu 2000 milliamper/saat təşkil edir. Telefon danışıq rejimində 30 saat və gözləmə rejimində 760 saat işləyə bilər. 
Cihazın ölçüləri 146,9x70,9x8,19 mm, çəkisi 140 qramdır. Aparata quraşdırılmış Android mobil əməliyyat sistemi HTC Sense interfeysinə malikdir. 
HTC Desire 626 smartfonu artıq satışda əlçatandır. Qurğunun dəyəri təxminən 190 dollardır.
Mənbə:Milli.AZ
11 fevral 2015
GO BACK