Qadin.NET / Microsoft Windows 10 nə zaman hazır olacaq?

Microsoft Windows 10 nə zaman hazır olacaq?

 

 

Microsoft şirkəti Windows 10 əməliyyat sisteminin (ƏS) hazırlanmasını cari ilin iyununda başa çatdıracaq. Bu haqda öz mənbələrinə istinadən Neowin texnologiya bloqu yazıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin nümayəndəsi Windows 10 ƏS-nin yekun versiyasının çıxarılma tarixini hələ bildirməyib, ancaq bu il əlçatan olacağı dəqiq məlumdur. Ancaq Microsoft yanvarda sınaq proqramında iştirak edən istifadəçilər üçün sistemin ikinci ilkin versiyasını buraxıb və bu ay mobil qurğular üçün sınaq versiyasını buraxmağı planlaşdırır
Neowin texnologiya bloqunun məlumatına görə, şirkət Windows 10 platformasının hazırlanmasını iyunda başa çatdırmaq və qurğu istehsalçılarına təqdim etmək niyyətindədir. Bu addım şirkət üçün məntiqlidir, çünki bu halda istehsalçılar yeni tədris ili qabağı Windows 10 əsaslı qurğuları çıxarmağa vaxt tapacaq.
 Microsoftun nümayəndələri platformanın çıxarılma tarixini şərh etməkdən imtina ediblər.
 
Mənbə: Milli.Az
10 fevral 2015
GO BACK