Qadin.NET / Dünyanın açılmayan sirləri

Dünyanın açılmayan sirləri

 

 

Kristal kəllə sümüyü: Maya dövrünə aid olan 1000 illik bu kristal kəllə sümüyü, bir blok kristal üzərinə oyularaq hazırlanıb. Necə hazırlandığı hələ də aydın olmayan kəllənin altından işıq tutulan zaman işıq göz çuxurundan əks olunur. Alimlərin fikrincə bu qurğunu hazırlayacaq texnologiya müasir dövrümüzdə belə yoxdur. 
- Çinli generalın kəmər başlığı: 300-cü ildə dünyasını dəyişən çinli general Çou Çounun məzarında 1956-cı ildən qalma 85 faizi aliminiumdan hazırlanmış kəmər başlığı tapılıb. Kəmər başlığının saf aliminiumdan hazırlanması o dövr üçün mümkün deyil. Çünki təbiətdə qarışıq şəkildə çıxarılan aliminiumun digər maddələrdən ayrılaraq saf maddə olaraq istifadə edilməsi ilk dəfə XIX əsrdə mümkün olub.

 - 1000 ilə salınan şəhər Nan Madol: Sakit okeanda yerləşən Mikronezya adasındakı antik Nan Madol şəhərinin inşası e.ə 200-cü ildə başlayıb və 1000 il davam edib. 250 milyon tonluq nəhəng bazalt bloklardan istifadə edilərək salınan bu şəhər, 100 ədəd süni adanı kanallarla bir-birinə bağlayır. Bu qədər bazalt daşının həmin bölgəyə necə gətirildiyi isə hələ də sirr olaraq qalır.
- Qədim təyyarə: 1898-ci ildə Misirdə, bir qəbirdə e.ə 200-cü ilə aid edilən bir obyekt tapılıb. Müasir təyyarələr icad edilənə qədər bunun nə olduğu haqqında heç kimin bir fikri olmayıb. 1972-ci ildə arxeoloq Xəlil Məsihə bunun bir təyyarə maketi olduğunu və qanadlarının “Konkor”du (orta məsafəli, 4 motorlu, dar gövdəli, səsdən sürətli və yüksək sürətli sərnişin təyyarəsidir) xatırlatdığını iddia edib.
- Yadplanetlilər üçün eniş zolağı: Perunun Pampa sahilindəki 450 kvadrat kilometrlik sahəni əhatə edən eniş zolağı üzərində e.ə 300-600-cu illəri əhatə edən heyvan və bitki şəkilləri təsvir edilib. Naska mədəniyyətinə aid edilən bu qəribə naxışların yadplanetlilər üçün eniş zolağı olduğunu iddia edənlər var.
- Palçıqsız tikilən daş sədd: Perunun Cusco bölgəsindəki bir İnk qalasının ətrafını 360 metr boyunca ziqzaq şəklində əhatə edən 9 metrlik daş sədd hər biri 300 ton olan əhəng daş bloklardan inşa edilib. Daş səddin tikintisi zamanı palçıqdan istifadə edilməyib. Ancaq buna baxmayaraq daşlar elə mükəmməl yerləşdirilib ki, arasına bıçaq belə salmaq mümkün deyil.
- Vanın Kalecik kəndikdəki daşlar: Türkiyənin Van vilayətinin Kalecik kəndinin 1,5 kilometr şimal-şərqində yerləşən, Urartu dövrünə aid olan dik daşlar və daş halqalar sirri açılmayan möcüzələrdəndir. 400 kvadratmetrlik sahəyə riyazi olaraq düzülən 2 min 475 ədəd daşların astronomiya ilə bağlı olduğu düşünülür. Daşların sirrinin açılması üçün aparılan araşdırmalar hələ də davam edir.

"Zaman Azərbaycan"

 

Mənbə: Milli.Az

10 fevral 2015
GO BACK