Ermənistan prezidenti Serj Sərkisyanın hərbi cinayətkar elan edilməsi ilə bağlı Azərbaycanda başlanan imzatoplama kampaniyası Türkiyədə maraqla qarşılanıb.
APA-nın məlumatına görə, qonşu dövlətin aparıcı kütləvi informasiya vasitələrindən “Türkiyə” qəzetində imzatoplama kampaniyasına həsr edilmiş “Sərkisyan hərbi cinayətkar elan olunsun” başlıqlı yazı dərc olunub. Buket Güvenin yazdığı yazıda Xocalı soyqırımı son dövrlərin ən böyük soyqırımlarından biri kimi dəyərləndirilir. Müəllif bildirir ki, Azərbaycan Xocalı soyqırımını törətmiş erməni hərbi birləşmələrinə rəhbərlik etmiş Ermənistan prezidenti Serj Sərkisyanın hərbi cinayətkar elan edilməsi ilə bağlı hərəkətə keçib. Yazıda qeyd olunur ki, 1992-ci ildə Dağlıq Qarabağın Xocalı qəsəbəsində Ermənistanın törətdiyi soyqırımı cəzasız qalmayacaq: