Afrikanın üç ölkəsində - Qvineya, Liberiya və Syerra Leonedə "Ebola" virusundan ölənlərin sayı 9152 nəfərə çatıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi məlumatda deyilir.
ÜST-nin məlumatına əsasən, epidemiya yox olmaq üzrədir: "Hazırda bu virusa yoluxanların sayı 22 828 nəfər təşkil edir".
Mənbə: Milli.Az