Qadin.NET / Google yeni şirkət aldı

Google yeni şirkət aldı

 

Google şirkəti mobil telefondakı fotonu kompüterə daşımaq üçün nəzərdə tutulmuş Odysee startapını satın alıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, Odysee startapı fevralın 23-də fəaliyyətini dayandıracaq. Bundan sonra tərtibatçılar komandası tam heyətlə Google şirkətinə keçəcək. Bu halda tətbiq artıq AppStore və Google Play internet mağazalarında əlçatmazdır.

Odysee tətbiqi mobil telefondan fotonu kompüterə daşımağa və yadda saxlamağa imkan verib. Bu halda istifadəçinin kompüterində müvəqqəti internet olmasa da, o, fotoşəkilə girişə malik olub.
 
Mənbə: Milli.Az
10 fevral 2015
GO BACK