Qadin.NET / Azərbaycanda ən çox talassemiya xəstəliyi olan rayonlar

Azərbaycanda ən çox talassemiya xəstəliyi olan rayonlar

Azərbaycan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiyaya daha çox rast gəlinir. APA-nın xəbərinə görə, bu məlumat bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Sənəddə qeyd edilib ki, Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır, hər il respublikada 200-dən artıq uşaq bu xəstəliklə doğulur. 
Qeyd edək ki Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə var.
Mənbə: Milli.Az
11 fevral 2015
GO BACK