Qadin.NET / "Qarabağ" apelyasiya şikayəti verir

"Qarabağ" apelyasiya şikayəti verir

"Qarabağ" apelyasiya şikayəti verir
UEFA-nın "Qarabağ" - "İnter" (Milan) oyunu ilə bağlı meydan sahibi komandanın verdiyi şikayəti qəbul etməməsinin səbəbi bəlli olub.
ANS PRESS-in məlumatına görə, bu barədə Ağdam klubunun vəkili Qurur Qayə Günal məlumat verib.
Hüquq müdafiəçisi facebook profilində bunları yazıb: "Dəyərli dostlar, UEFA əsaslandırmasını açıqladı. Oyundankənar vəziyyəti dəyərləndirmək hakimin qərarıdır. Matçın 48 saniyə erkən bitdiyinə dair də dəlilin olmadığını bildiriblər. Hamımız birlikdə izləyək, qol epizodundan sonra matça davam edildimi? Videoyazılardan daha açıq dəlil ola bilərmi? Deyəsən, UEFA bizimlə eyni oyunu izləməyib. Fevralın 10-da apelyasiya şikayəti verəcəyik!".

Mənbə: ANS PRESS

10 fevral 2015
GO BACK